Ermənistan oyun oynayır, Azərbaycan xəbərdarlıq edir

Qriqoryan Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmağa başladığını deməklə onun tör-töküntülərinin Azərbaycan ərazisində mövcudluğunu etiraf etdi. Amma həm də dedi ki, Ermənistan vətəndaşları Qarabağda müqavilə əsasında xidmət edə bilər. Bu adamların muzdlulardan heç bir fəqrinin olmadığını, onların Azərbaycan ərazisində terrorçuluqla məşğul olacağını Qriqoryan bilməmiş deyil, sadəcə erməni həyasızlığı davam edir. Elə bundan bir neçə gün sonra xəbər gəldi ki, Ermənistan Ordusu Xocalının Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə post qurur. Bəs çıxırdılar? Təəccüb və hiddət doğuran məsələ həm də odur ki, Rusiya sülhməramlıları Azərbaycanın xəbərdarlığına baxmayaraq, ermənilərin post qurmağının qarşısını almırdı. Hələ bu da son deyil. Sən demə, Rusiya sülhməramlıları Qarabağa icazəsiz olaraq silah da daşıyır. Azərbaycan Ordusu bu cəhdin qarşısını aldı. Nə baş verir?Detallar Bəxtiyar Hacıyevin süjetində. ** #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top