Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərə baxış keçirilib
Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərə baxış keçirilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərdə görülən işlərlə tanış olublar.
Məruzə olunub ki, azad olunmuş rayonlarda hərbi polisin xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yataqxana və xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də digər infrastruktur obyektlərinin tikilməsi və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.
Sonra general-polkovnik Z.Həsənov tikintisi davam edən maddi-texniki təminat anbarlarına baxış keçirib. Bildirilib ki, iqlim və relyefdən asılı olmayaraq qoşunların fasiləsiz və dayanıqlı fəaliyyətini təşkil etmək məqsədilə müasir tələblər nəzərə alınaraq inşa edilən anbarlar vasitəsilə bölmələr silah-sursat, yanacaq-sürtkü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla mərkəzləşdirilmiş qaydada təmin ediləcək.
Tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
1 view
7
1
2 months ago 00:11:16 2
“İSTİSU“ necə qablaşdırılır və gündə nə qədər içilməlidir?- SONADƏK İZLƏYİN ()
3 months ago 00:07:20 1
Təbii xəzinə və sərvətimiz- “İstisu“ - Mineral sular beynəlxalq standartlara uyğun istehsal edilir
3 months ago 00:01:38 2
Ermənistanın planları alt-üst oldu | Sentyabr döyüşlərindən 2 il ötür
3 months ago 00:03:28 2
Kəlbəcərin “İstisu”yu artıq Bakıda satışda | İlk dəfədir içirəm və...
3 months ago 00:36:21 1
İlham Əliyev və Mehriban Əliyevanın Kəlbəcərə səfərindən görüntülər
4 months ago 00:11:34 7
Xankəndi.Kəlbəcər Mineral su zavodunun daxili görünüşü.Laçın Və...🔔👍
4 months ago 00:05:12 6
Kəlbəcər Yeni Tikililər.Kəlbəcər mənzərələri 2024 Kəlbəcərin əsrarəngiz təbiəti #kəlbəcər #kelbecer
4 months ago 00:01:29 1
“Qisas” antiterror əməliyyatından iki il ötür
5 months ago 00:00:00 1
Kəlbəcərdə 18 Gün mühasirədə qalan Ailənin Xİlas olması 2 ci hissə | Rəhman Məlikli
5 months ago 00:08:41 8
Xocalı.Xankəndi.Şuşa tuneli.Ağdərə.Kəlbəcər və Laçın.
5 months ago 00:05:47 6
KƏLBƏCƏR-LAÇIN-ŞUŞ dincəldiyi təbiət.Bəyənin və Abunə olun.
5 months ago 00:01:27 1
Kiçik su elektrik stansiyalarına karbon sertifikatlarının alınması proseduru davam edir
6 months ago 00:01:21 1
Kəlbəcər Zəylik Kəndi
6 months ago 00:05:23 11
KƏLBƏCƏR və LAÇIN gözəllikləri.Bəyənin və Abunə olun.
6 months ago 00:02:59 1
Kəlbəcər və Laçının elektrik təsərrüfatı yenidən qurulur
6 months ago 00:19:11 2
Şuşa-Kiçik və Böyük Qaladərəəçın-Hacıxanlı.Kəlbəcər.👍
6 months ago 00:04:24 10
Kəlbəcər.Şuşçının Güləbird,Sus və Zabux kəndləri.Bəyənin👍
7 months ago 00:02:32 1
Laçın rayonu Zabux Kəndi | Lachin region Zabukh Willage | Avqust 2023
8 months ago 00:36:54 1
Ayaqların Don Vurmuş Əsgərin 100 Günlük Əsirlik Həyatı 1-Ci Hissə | Rəhman Məlikli
9 months ago 00:09:07 1
Haqverdi Kərəmoğlu “ Ağır Şərili“ si ilə o günün gözəlliyini bal kimi ruhumuza hopdurdu