Bakı səması Türkiyə və Azərbaycan pilotlarının şoularına ev sahibliyi edəcək

Bakıda “Teknofest“ festivalının keçiriləcəyi məkana mediatur təşkil edilib. Jurnalistlər festivala hazırlıq işləri ilə tanış olublar. Mayın 26-da başlayacaq festival “Baku Crystal Hall“ ərazisində Türkiyə və Azərbaycanın texnologiya şirkətlərinin, nazirliklərin təqdimatları ilə müşahidə olunacaq. Festival çərçivəsində bir sıra texnologiya müsabiqələri baş tutacaq. Həmçinin Türkiyə və Azərbaycan pilotlarının şouları da nümayiş etdiriləcək. Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. Qeyd edək ki, “Teknofest“ mayın 29-dək davam edəcək. #İTV #İTVXəbər #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top