Ermənilər Laçından çıxmaqdan imtina edirlər - BAKU TV
Ermənilər Laçından çıxmaqdan imtina edirlər - BAKU TV
Qarabağdakı antiterror əməliyyatı ilə bağlı ən son görüntü və xəbərləri teleqram kanalımızda izləyin:
Aktual xəbərlərimiz
Laçın şəhərində qanunsuz yerləşdirilən ermənilərin əksəriyyəti Azərbaycan torpaqlarından çıxmaq istəmədiklərini deyirlər. Laçının işğalından sonra şəhərə köçənlər bildirirlər ki, separatçı rejim onlara ərazini tərk etməyi tapşırsa da, onlar oralardan ayrılmaq istəmirlər. Ümidləri var ki, bəlkə qərar ləğv olunar.
Ermənilər bu barədə yerli mediaya verdikləri müsahibə zamanı bildiriblər.
15 il öncə dövlət proqramı ilə Laçında yerləşdirilən Anna Manqasaryan “Getməli olsanız, yaşadığınız evləri yandıracaqsınız?” sualını cavablandırarkən bildirib ki, elə fikri yoxdur. Çünki belə bir hal baş verərsə, onlara təzminatın verilməyəcəyi barədə xəbərdarlıq edilib.
“İlk dəfədir ki, ermənilər erməniləri yaşadıqları evləri tərk etməyə məcbur edirlər. Mənim ailəm heç bir hazırlıq görmür. Əvvəllər olduğu kimi həyatımıza davam edirik. Gözləyirik, görək kim gəlib bizi buradan məcburi şəkildə çıxaracaq. İnanmıram ki, onların verəcəkləri təzminata biz Ermənistanda normal yaşayış üçün ev ala bilək, bizə az pul verilir”, - deyə digər Laçında yaşayan erməni Anuş Sarqsyan deyib.
Laçında məskunlaşan ermənilər bildiriblər ki, separatçı rejim tərəfindən onlara yaşadıqları evləri tərk etdikləri halda 24 min dollar miqdarında vəsaitin veriləcəyi deyilib. Amma onlar bununla razılaşmırlar. Belə görünür ki, ermənilərin özləri də siyasi və iqtisadi tərəfdən çökən Ermənistana köçüb orada yaşamaqdan imtina edirlər.
Sosial şəbəkələrimiz
© 2022 © All Rights Reserved ℗ Baku TV
Ermənilər Laçından çıxmaqdan imtina edirlər
#bakutv #ermeniler #lacin #bakutvxeber #bakutv #bakutvnews