Ermənistanı bir-birinə hansı qüvvələr vurur?

İkinci Qarabağ müharibəsində düşdüyü nokautdan hələ də ayıla bilməyən Ermənistanda çarəni Paşinyanın devrilməsində görənlər var. Koçaryan-Sarkisyan cütlüyü. Hər kəsə məlumdur ki, bu cütlük Rusiya yönümlüdür. Elə bu səbəbdən də çoxları düşünür ki, Ermənistanda aranı bir-birinə qatan məhz Rusiyadır. Doğrudanmı belədir? Rusiyada Ermənistan müxalifətini kimlər dəstəkləyir? Rəsmi Moskva doğrudanmı Paşinyanın devirməsində maraqlıdır? Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov bu suallara elə Moskvada cavab tapmağa çalışıb. #İTV #İTVXəbərYekun #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top