Semyon Peqov Moskvada saxlanılıb - BAKU TV

Semyon Peqov Moskvada saxlanılıb - BAKU TV Aktual xəbərlərimiz Rusiyalı hərbi jurnalist, “WarGonzo” teleqram kanalının müəllifi Semyon Peqov Moskvada polis əməkdaşları tərəfindən saxlanılıb. Erməni əsilli media maqnatı Aram Qabrielyanın maliyyələşdirdiyi “WarGonzo” layihəsi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanla bağlı dezinformasiyaların yayılması ilə məşğul olub. Kanalın müəllifi Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Rusiya KİV xəbər verir ki, Peqov sərxoş vəziyyətdə mehmanxanaya daxil olmağa çalışıb və administratoru hədələyib. Bu zaman mehmanxana rəhbərliyi ondan polisə şikayət edib və Peqov polis tərəfindən saxlanılaraq barəsində protokol tərtib olunub. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Semyon Peqov Moskvada saxlanılıb #semyonpegov #moskvada #saxlanilib #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
В начало