Ermənilər üçün son saniyələr - BAKU TV
Ermənilər üçün son saniyələr - BAKU TV
Aktual xəbərlərimiz
44 günlük Vətən müharibəsinin üzərindən il yarımdan çox vaxt keçsə də, Ermənistan tərəfinin riyakar siyasəti hələ də ciddi nəticələrin əldə olunmasına mane olur. Azərbaycan uzun müdətdir bölgədə yarım qalmış sülhün təmin olunması üçün ermənilərə yardım əlini uzadır, lakin qarşı tərəfdən adekvat cavab ala bilmirik. Üstəlik, Azərbaycanın təklif etdiyi 5 baza prinsipini, kommunikasiyaların açılması və digər məsələlərə müsbət yanaşdıqlarını dilə gətirir, İrəvana qayıtdıqdan sonra isə başqa ab-hava yaradırlar. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan müsahibələrində israrla status məsələsini gündəmə gətirməklə sanki haylara göstərməyə çalışır ki, biz heç kimə boyun əyməmişik.
Prezident İlham Əliyev Rusiyanın XİN rəhbəri ilə söhbəti zamanı ermənilərin hələ də 10 noyabr bəyanatının müddəalarından irəli gələn bəzi vəzifələrini icra etməməsi məsələsinə toxunub. Əlavə olaraq qeyd edək ki, 9-cu Qlobal Bakı Forumu zamanı ölkə başçısı ermənilərin özbaşınalıqları, geridə qalmış status ifadəsini işlətmək kimi zərərli vərdişlərdən çəkinmələri haqda fikirlərini bölüşüb. Lakin biz görürük ki, ermənilər bu qədər humanizmin qarşısında sərhəddə gərginlik yaradır, ikili münasibətlərə xələl gətirəcək mövzulara toxunmaqda israr edir.
Ekspertlər qarşı tərəfin bu cür davam edəcəyi təqdirdə nəticələrin onlar üçün pis olacağını bildirib.
Sosial şəbəkələrimiz
© 2022 © All Rights Reserved ℗ Baku TV
Ermənilər üçün son saniyələr
#bakutv #ermeniler #saniyeler #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər