İrəvan 30 ildə ancaq kilsə tikdi... | Qarabağ erməniləri heyrətə gətirdi

İrəvan 30 ildə ancaq kilsə tikdi... | Qarabağ erməniləri heyrətə gətirdi İşğaldan azad edilmiş ərazilərdə bərpa- quruculuq işləri, infrastrukturun yaradılması nəinki Avropanı, hətta bizə dost olmayan erməniləri belə heyrətə gətirib. Şuşada, Zəngilanda, Qubadlıda, Laçında, Cəbrayılda, Kəlbəcərdə, Ağdamda və digər ərazilərdə bərpa-quruculuq işləri o qədər sürətlə gedir ki, ermənilər təəccüblərini gizlədə bilməyiblər. Belə ki, onlar sosial şəbəkələrin erməni seqmentində Qarabağda görülən işlərlə bağlı təəccüb dolu müxtəlif paylaşımlar ediblər və öz hökumətlərini Azərbaycandan bu işdə geri qaldığı üçün tənqid ediblər. Onlar bildiriblər ki, ölkə rəhbərliyi 30 il ərzində Qarabağda ancaq kilsə tikməklə məşğul olub. Başqa heç bir iş görməyib. “Baxın, hazırda Azərbaycan Qarabağda hansı işlər görür. Baxın və utanın! Müasir yollar çəkilir, infrastruktur bərpa edilir. Bəs bizim hökumətimiz 30 il ərzində Qarabağ üçün nə edib? İrəvan bu üç onillikdə Qarabağda bir iş də görə bilməyib, ancaq taladı, dağıtdı. Azərbaycan isə fəal tikinti işləri aparır, aeroportlar, mehmanxanalar, tuneller tikir. Bütün bunlar Ermənistanın əvvəlki və hazırkı hakimiyyətinin “məhsuldar” fəaliyyətinin real göstəricisidir”, – deyə sosial şəbəkə istifadəçiləri fikirlərini bildiriblər. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ İrəvan 30 ildə ancaq kilsə tikdi... | Qarabağ erməniləri heyrətə gətirdi 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #irəvan #qarabağ #ermənilər #kilsə #qarabağerməniləri #ermənistan #erməni #ermənimediası
Back to Top