Rusiyada 10 min nəfər saxlanıldı - BAKU TV

Rusiyada 10 min nəfər saxlanıldı - BAKU TV Aktual xəbərlərimiz Rusiyada medianın məlumatına görə, Ukraynada müharibə başlayandan Rusiyada 30 minə yaxın şəxs müharibəyə qarşı çıxdıqları üçün polis tərəfindən saxlanılıb. İnzibati Xətalar Məcəlləsi ilə saxlanılan 10 mindən artıq vətəndaş ya 30 min rubl dəyərində cərimə olunub, ya da 15 sutka inzibati cəza alıb. Məsələ ilə bağlı Moskvada əhali arasında sorğu keçirilib. Ruslar bildiriblər ki, bu, ölkədə demokratiyanın və söz azadlığının olmamasından irəli gəlir. Qeyd edək ki, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatdan sonra ölkədə müharibəyə qarşı çıxan vətəndaşlar fərdi və ya kütləvi etiraz etdikləri təqdirdə hökumətə qarşı çıxdıqları üçün saxlanılırlar. Hətta internetdə və sosial şəbəkələrdə hərbi əməliyyatı “xüsusi əməliyyat” termini adlandırmayanlar da inzibati cəzaya cəlb olunurlar. Sosial şəbəkələrimiz ©2021 - 2022 © All Rights Reserved ℗ Baku TV Rusiyada 10 min nəfər saxlanıldı #bakutv #polis #aksiya #rusiya #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top