Hərbi dənizçilərimiz növbəti mərhələni uğurla başa vurublar

Hərbi dənizçilərimiz növbəti mərhələni uğurla başa vurublar “Beynəlxalq Ordu Oyunları-2022“ yarışları çərçivəsində ölkəmizdə təşkil olunan “Dəniz kuboku“ müsabiqəsində iştirak edən komandalar “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər. Bu mərhələdə çalışmanın şərtlərinə uyğun olaraq hər komanda beş nəfərdən ibarət olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək 25 metr məsəfəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətiriblər. Hakimlər komissiyasının qərarı ilə Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, İran komandası ikinci, Qazaxıstan komandası isə bu mərhələni üçüncü yerdə başa vurub. ____ Азербайджанские военные моряки успешно завершили очередной этап Команды, участвующие в конкурсе «Кубок моря», организованном в нашей стране в рамках «Армейских международных игр-2022», выполнили задачи по использованию спасательных средств на этапе «Борьба за живучесть корабля и спасательная подготовка». В соответствии с условиями упражнения, на этом этапе каждая команда в составе пяти человек, проплыв 25 метров в гидрокостюмах, привели спасательные шлюпки при помощи вёсел к месту назначения. По решению судейской комиссии азербайджанская и российская команды с одинаковым количеством очков заняли первое место, команда Ирана расположалась на втором месте, а команда Казахстана - на третьем. ____ Azerbaijani military seamen successfully accomplished the next stage The participating teams of the “Sea Cup“ contest, organized in Azerbaijan within the framework of the “International Army Games-2022“ competitions, fulfilled the task of “The usage of rescue equipment“ in the “Struggle for survivability of the ship and the rescue training“ stage. At this stage, according to the exercise’s terms, each team of 5 people, wearing rescue suits, covered a distance of 25 meters and using oars brought the boats to their destination. According to the decision of the Board of Referees, the Azerbaijani and Russian teams took first place with equal points, the Iranian team took second place, and the Kazakh team finished the stage in third place.
Back to Top