Radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığı yüksəldilir

Radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə tədbirlər keçirilir 2021-ci il tədris ilinin hazırlıq planına əsasən radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində müxtəlif obyekt və ərazilərdə zəhərləyici maddələri təqlid edən resepturalarla çirklənmiş sahələrdə kimyəvi kəşfiyyatın aparılması, silah, texnika və digər avadanlığın xüsusi təmizlənməsi tapşırıqları bölmələr tərəfindən praktiki yerinə yetirilir. Döyüş şəraitinə uyğun bölmələrin aerozol maskalanması fəaliyyətləri məşq etdirilir. Əsas diqqət döyüş əməliyyatlarının müxtəlif növlərində radiasiya, kimyəvi və bakterioloji mühafizə tədbirlərinin yerinə yetirilməsi zamanı bölmələrin birgə fəaliyyətinin uzlaşdırılması, səhra vərdişlərinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətdə yüksək fiziki və psixoloji dözümlüyün tərbiyə edilməsinə yönəldilib. Bölmə komandirlərinin taktiki-xüsusi və xüsusi hazırlıq məşğələlərinin
Back to Top