Tanrı toxun mənə

Toxun mənə tanrım əgər varsansa danış, sirli-sirli susmağın ümidimi öldürür. əgər varsansa, bir mesaj at günlərlə susan telefonuma ya da bir mail yaz... əgər varsansa şəhərin mərkəzində görüşək, ya bir çay, ya bir viski, ya da cibimizə görə nə varsa... içək. əgər varsansa sərxoş ol, əgər varsansa bir siqaret yandır üzü küləyə.... əgər varsansa başımı çiyninə söykəyim, əgər varsansa səsindən ən sərxoş mahnılar dinləyim... əgər varsansa, Dionis yoxdu demək... əgər varsansa Afrodita uydurmadı.... əgər varsansa özünə şərab süz, əgər varsansa... əgər varsansa, vədələşək görüşək məscidlərin birində, istəsən kilsədə ya da uyğun bildiyin bir sinaqoqda, sakit bir hücrədə bir az dünyanın işlərindən, hurilərindən, cənnətdən, müjdələrindən cəhənnəmdən, əzabdan hikkələrindən... mükafatından danışaq... elə tənhayam ki, əgər varsansa bir sevgi şeiri, ya kədərli bir musiqi dinləyib ağlayaq... Fələstində, Myanmarda Suriyada ölən uşaqlara terrorda öldürülən məsumlara, toronadoda, zəlzələdə tələf olanlara yas saxlay
Back to Top