Azərbaycan UNESCO-nun komitəsinə üzv seçildi - Baku TV
Azərbaycan UNESCO-nun komitəsinə üzv seçildi - Baku TV
30 noyabr-1 dekabr tarixlərində UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclas çərçivəsində UNESCO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Komitə üzvlüyünə Azərbaycanın da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə ölkəmiz növbəti 4 il müddətinə komitəyə üzv seçilib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasına da üzv seçilib. Hər iki seçkilərdə əldə edilən yüksək səs sayına əsaslanan qələbələr Azərbaycanın UNESCO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir.
________________________________
Pulsuz Elanlar:
Website:
Bizi
33 views
1
0
3 years ago 00:02:48 3
UNESCO Ermənistanda Azərbaycan xalqına mənsub irsi araşdıracaq
3 years ago 00:00:47 33
Azərbaycan UNESCO-nun komitəsinə üzv seçildi - Baku TV
10 years ago 00:00:45 3
Kəlağayı Кялагаи Kalaghai Азербайджан
10 years ago 00:01:12 6
Çövkən Chovgan Човган UNESCO ЮНЕСКО Azərbaycan Азербайджан Azerbaijan