Rusiya Füzuliyə uçuşlara başlayır - Baku TV

Rusiya Füzuliyə uçuşlara başlayır - Baku TV Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar həyata keçirmək üçün üç hava yolu şirkətinə müvafiq icazə verib. Belə ki, “İrAero” şirkəti həftədə iki dəfə Moskvadan Füzuli Beynəlxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirəcək. Həmçinin “AzurAir” şirkəti Rusiyanın Samara, Rostov, Krasnodar, Kazan şəhərlərindən həftədə iki dəfə, “Nord Wind” şirkəti də Soçidən həftədə 7 dəfə Bakıya uçuş həyata keçirmək hüququ əldə edib. Xatırladaq ki, oktyabrın 15-dən Baş nazir Əli Əsədovun imzaladığı qərarla beynəlxalq status verilmiş Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilib. Hər növ təyyarələr qəbul etmək iqtidarında olan hava limanındakı enmə zolağının uzunluğu 3000, eni 60 metr, terminalı isə saatda 200 sərnişini yola salmaq gücündədir. *************** Baku TV 2018-ci ilin fevral ayında xəbər kanalı kimi fəaliyyətə başlayıb. Kanalın əsas məqsədi dünyada və ölkədə baş ver
Back to Top