“Xarıbülbül” festivalı - Bayatı Şiraz

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində, Cıdır düzündə baş tutan “Xarıbülbül” musiqi festivalının bədii hissəsi gənc xanəndə Kənan Bayramlının ifası ilə başladı. Xanəndənin ifa etdiyi “Bayatı Şiraz” muğamından parça Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan festivalın qonaqlarını həm kövrəltdi, həm də keçmiş xatirələri canlandırdı. Qarabağın mirvarisi, musiqi beşiyi Şuşanın işğaldan əvvəlki firavan dövrləri yada düşdü. Nəhayət, Müzəffər ordumuz sayəsində 28 illik həsrət bitdi. Biz öz doğma yurdlarımıza qovuşduq. İndi bu musiqi əbədi olaraq Şuşa dağlarında səslənəcək. Bu ifa həm də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi, qazilərimizi və qalib ordumuzu bizə daim xatırladacaq. Bakı Media Mərkəzinin festivalın açılış ifasına xüsusi olaraq hazırladığı videoçarxı sizə təqdim edirik.
Back to Top