Azadlıq Alive-baxırsız. Bu gün bir neçə rayonda açıq meşə sahələrinin fındıq bağlarına verilməsi ilə bağlı fəallarla rəsmilər arasında iddialardan danışırıq. Ekoloq fəal Cavid Qara həyacan təbili çalıb deyir ki, Şəkidə buldozerlər var gücləri ilə işləyib, böyük əraziləri kürüyürlər, indi məhv edilən bitki örtüyünü bərpa etmək üçün on illər lazım olacaq, bu qırılma ekoloji fəlakətdir, ekologiya nazirliyi isə deyir ki, hər şey qanunidir. Cavid Qara deyir ki, min hektarlarla kolluq, seyrək meşəlik, çay ekosist