Moskvada ticarət mərkəzi yanıb : ölənlər var - BAKU TV

Moskvada ticarət mərkəzi yanıb : ölənlər var - BAKU TV Aktual xəbərlərimiz Moskvada “Meqa Ximki” ticarət mərkəzinin yerləşdiyi binada yanğın baş verib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəsmi saytında məlumat verilib. Məlumata görə, yanğın nəticəsində bir nəfər həyatını itirib. Yanğın 7 min kvadratmetr ərazini əhatə edir. Binanın dam örtüyü yanır. Əraziyə cəlb edilən yanğınsöndürənlər alovu söndürmək üçün tədbirlər görürlər. Qeyd edilir ki, “Meqa Ximki” ticarət mərkəzindəki hipermarketdə partlayış olub, daha sonra çökmə baş verib. Çökmə sahəsi 5 min kvadratmetr ərazini əhatə edib. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Moskvada ticarət mərkəzi yanıb : ölənlər var © 2022 © All Rights Reserved ℗ Baku TV #moskva #yangin #ticaretmerkezi
Back to Top