Ermənistanın keçmiş prezidentləri arasında qalqamal - BAKU TV
Ermənistanın keçmiş prezidentləri arasında qalqamal - BAKU TV
Aktual xəbərlərimiz
Ermənistanın ikinci prezidenti Robert Koçaryan sələfi Levon Ter-Petrosyanın hazırkı hakimiyyət ətrafında birləşmək çağırışını qınayıb.
O, İrəvanda keçirdiyi mətbuat konfransında Ter-Petrosyana cavab verib. Eks-prezident ümidsiz vəziyyətin olmadığını, hər zaman döyüşə hazır olduqlarını bildirib.
Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan Azərbaycanın gücünün artmasını etiraf edərək belə bir mənzərə fonunda İrəvanın xeyli geri addımlamasını tənqid edib. Əlavə edib ki, hökumət ölkənin ərazi bütövlüyünü qoruya bilməyib.
“Son proseslər isə onu göstərdi ki, onlar müttəfiqlərimizi müqavilələrdə müəyyən edilən öhdəliklərin yerinə yetirilməsinə cəlb edə bilmirlər. Hökumət sülh dövrünün başlaması tezisi ilə üz-üzə qalıb. Onlar bu tezislə bir çox təhlükəsizlik məsələlərinə məhəl qoymadı”, - deyə Robert Koçaryan bildirib.
O qeyd edib ki, əgər əsgərləri yaxşı müdafiə olunsaydı, son hadisələr zamanı Ermənistan tərəfi çoxlu itki verməzdi.
Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa yolu yoxdur. Əlavə edib ki, ölkəsi çətin və ağrılı qərarlar qəbul etmək qarşısındadır.
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Sosial şəbəkələrimiz
© 2022 © All Rights Reserved ℗ Baku TV
#ermenistan #qalmaqal #prezident #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər