Rusiya Ukraynaya təzminat ödəyəcək - BAKU TV
Rusiya Ukraynaya təzminat ödəyəcək - BAKU TV
Aktual xəbərlərimiz
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamə qəbul edilib.
Səsvermədə 73 ölkə bitərəf qalıb. 14-ü əleyhinə olmaqla, 94 səslə qətnamə qəbul edilib. Xüsusi sessiyanın iştirakçıları Rusiyanın Ukraynaya vurduğu zərərin beynəlxalq reyestrinin yaradılması, habelə itkilərin kompensasiyası mexanizminin yaradılmasının zəruriliyini bildirən qətnamə qəbul ediblər.
“Bu təklifin əleyhinə səsvermə cəzasızlıq və qanunsuzluğun lehinə səsvermə deməkdir. Bu o deməkdir ki, BMT beynəlxalq sülh və təhlükəsizliyə nəzarət edə bilər. Bu, ədalətə ümid siqnalıdır. Prezident Zelenskinin istənilən danışıqlar üçün qeyd etdiyi ilkin şərtlər aydındır: Ukraynanın ərazi bütövlüyünün bərpası, müharibənin vurduğu zərərin ödənilməsi, hərbi cinayətkarların təqibi. Bu qətnamə bizi bu məqsədlərə yaxınlaşdıracaq və biz bu addımı gecikdirmədən atmalıyıq”, - deyə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa deyib.
Rusiya tərəfi təzminat məsələsinə bir o qədər isti baxmasa da, artıq ortada beynəlxalq təşkilatın qəbul etdiyi qətnamə layihəsi var. Rəsmi Moskvanın mövqeyi və növbəti addımları nə olacaq, bunu zaman göstərəcək.
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Sosial şəbəkələrimiz
Rusiya Ukraynaya təzminat ödəyəcək
© 2022 © All Rights Reserved ℗ Baku TV
#rusiya #ukrayna #tezminat