Rusiyada binada partlayış baş verdi - BAKU TV

Rusiyada binada partlayış baş verdi - BAKU TV Aktual xəbərlərimiz Rusiyanın Saxalin vilayətində yerli vaxtla səhər saat 5 radələrində, Bakı vaxtı ilə saat 6-da yaşayış binasında partlayış qeydə alınıb. Hadisə zamanı binanın bir hissəsində beşinci mərtəbədən birinci mərtəbəyə qədər çökmə baş verib. Hadisəyə qaz sızması səbəb olub. Vilayət qubernatoru Valeri Limarenko bildirib ki, partlayışda 3-ü uşaq olmaqla, 7 nəfər ölüb. Dağıntılar altında hələ də insanların qaldığı güman edilir. Ərazidə itkin düşmüş sayılan daha 3 nəfərin axtarışları davam etdirilir. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Rusiyada binada partlayış baş verdi © 2022 © All Rights Reserved ℗ Baku TV #rusiya #partlayis #bina
Back to Top