Putin Paşinyanla görüşəcək - BAKU TV

Putin Paşinyanla görüşəcək - BAKU TV Aktual xəbərlərimiz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək sessiyasında beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Bu barədə sözügedən təşkilatın verdiyi məlumatda bildirilib. Məlumata görə, müzakirə olunacaq ən vacib məsələlərdən biri KTMT-nin böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana yardım göstərilməsi olacaq. Toplantıda həmçinin təşkilatın 2023-cü il büdcəsi də müzakirə olunacaq. Bildirilib ki, iclasda bir sıra mühüm siyasi bəyanatların verilməsi planlaşdırılır. Qeyd edək ki, KTMT-nin iclasında iştirak etmək üçün İrəvana gedən Rusiya lideri Vladimir Putin noyabrın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək görüş keçirəcək. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Putin Paşinyanla görüşəcək © 2022 © All Rights Reserved ℗ Baku TV #putin #pasinyan #gorus
Back to Top