MUMİYO NƏDİR? - Saç Tökülməsini Dayandıran MÖCÜZƏ

#birbax #mumiyo #saç Saçları möhkəm və baş dərisini sağlam etmək üçün mumiyo, bioloji aktiv qida əlavəsi kimi daxilə qəbul edilir. Ancaq bu onun yeganə istifadə qaydası deyil. Mumiyonun, ev şəraitində, xaricə istifadə etməklə, saçlarınızı daha möhkəm edə, saç tökülməsini dayandıra bilərsiniz. Onu şampununuza qata, yaxud saç maskaları hazırlaya bilərsiniz. Mumiyo ilə Möhkəmləndirici saç maskası Tərkibi: 1. 2 qram mumiyo 2. 1 xörək qaşığı bal 3. 2 ədəd yumurta Hazırlanması: 1. mumiyonu az miqdar suda həll edin 2. balla yumurtanı qarışdırın və mumiyolu suya qatın 3. ümumi məhlulu eynicinsli, məlhəməbənzər kütlə alınanadək qarışdırın İstifadəsi: 1. maskanı saçların dibinə və başın dərisinə yaxıb, yüngülcə masaj edin. duş papağı ilə başınızı örtün 2. 1 saat sonra saçlarınızı isti su və şampun ilə yuyun Mumiyo ilə Qidalandırıcı saç maskası Tərkibi: 1. 1 qram mumiyo 2. 5 xörək qaşığı su 3. 5 damcı badam yağı 4. 1 çay qaşığı kokos yağı Hazırlanması: 1. mumiyonu az miqdar suda həll edin 2. badam və kokos yağını qarışdırın 3. hər iki məhlulu eynicinsli, məlhəməbənzər kütlə alınanadək qarışdırın İstifadəsi: 1. alınmış kütləni su hamamında 45-50*C dərəcəyədək qızdırın 2. alınmış maskanı saçların dibinə və başın dərisinə yaxıb, yüngülcə masaj edin 3. duş papağı ilə başınızı örtün və üstündən dəsmal bağlayın 4. 40 dəqiqə sonra saçlarınızı isti su və şampun ilə yuyun Mumiyo ilə Saç tökülməsinə qarşı maska Tərkibi: 1. 2 qram mumiyo 2. 1 ədəd yumurta sarısı 3. 10-12 damcı gənəgərçək yağı 4. 5-7 damcı zeytun yağı 5. 10 damcı üzüm sirkəsi Hazırlanması: 1. mumiyonu az miqdar suda həll edin 2. yağları, sirkə və mumiyonu bir yerdə qarışdırın İstifadəsi: 1. alınmış kütləni su hamamında qızdırın 2. alınmış maskanı saçların dibinə və başın dərisinə yaxıb, yüngülcə masaj edin 3. 40-60 dəqiqə sonra saçlarınızı şampun ilə yuyun Mumiyo ilə Saç Durulayan Tərkibi: 1. 1 qram mumiyo 2. saç üçün olan hər hansı bitki (at pıtrağı / gicitkən / çobanyastığı / mayaotu / nanə / yatıqqanqal) Hazırlanması: 1. seçilmiş bitkidən 0,5 litr həcmində dəmləmə hazırlayın 2. az miqdar suda həll edilmiş mumiyonu dəmləməyə qatın İstifadəsi: Alınmış məhlulu, saç yumadan sonra durulayıcı kimi istifadə edin. Bu sizin saçların strukturunun korlanmasını önləyər və kəpək əleyhinə təsir göstərməklə, saç tökülməsinin qarşısını alar. Mumiyo ilə Şampun Saçlarınızın və baş dərisinin sağlamlığı üçün istifadə etdiyiniz şampuna mumiyo qata bilərsiniz. Tərkibi: 1. 2-3 qram mumiyo 2. 1 çay qaşığı qazsız mineral su 3. sevimli şampununuz Hazırlanması: 1. mumiyonu suda həll edin 2. alınan məhlulu şampuna qatın və yaxşıca qarışdırın İstifadəsi: 1. hər istifadə öncəsi şampunu çalxalayın 2. şampunu adi qaydada istifadə edin. Bir neçə həftəyə real nəticəni müşahidə edəcəksiniz.
Back to Top