100 yaşlı məktəb hər an şagirdlərin başına uça bilər - Baku TV

100 yaşlı məktəb hər an şagirdlərin başına uça bilər - Baku TV Qubanın Pirvahid kəndindəki şəhid Ramin Dadaşovun adını daşıyan təhsil ocağının binası 1946-cı ildə sovet dönəmində müxtəlif məqsədlər üçün istifadə olunub. Hazırda çiy kərpicdən inşa edilən tikilidə vəziyyət olduqca acınacaqlıdır. Məktəbin qəzalı olmasına görə şagirdlərə ehtiyatla hərəkət etmələri tapşırılıb. Çünki təhlükəli divarlar hər an aşa bilər. Məktəbin dərdi bununla da bitmir. Bildirilib ki, təhsil ocağı yayda ilan yuvasına çevrilir. Təhsil ocağı qazlaşdırılmadığı üçün qarlı-şaxtalı günlərdə dərd birə-beş artır. Hətta şagirdlər çantalarında dəftər-kitab əvəzinə odun aparmalı olurlar. ________________________________ Pulsuz Elanlar: Website: Bizi izləyin: **** Bizi Sosial Şəbəkələrdə izləyin Facebook: Instagram: Tiktok: **** Kanalımızın məqsədi
Back to Top