Noyabrın 26-da polisin Nardaranda keçirdiyi əməliyyat kənd sakini Əbülfəz Bünyatovun evində baş verib. Əbülfəz Bünyatovun anası hadisə gününü belə xatırlayır.
“Tarix boyu o qədər güllə atmazdılar. Üzləri maskalı, təkcə gözləri görünür. Sanki qaniçən qatildilər. Nə dildə danışırdılar başa düşmürdüm. Mənim körpə balalarım qorxdular. Güllə səsindən fəryad elədilər. Biri 3 gecədir ki yatmır. Baxdım öz oğluma, gördüm bu uşaq demək olar ölüb burada. Soruşdum ki vurublar Əbülfəz səni? Astaca dedi ki hə. Ondan başq