AZTV Ötən ilin son gecəsi (1983)

Ötən ilin son gecəsi filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1983-ci ildə ekranlaşdırılmışdır. Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Psixoloji film yazıçı Anarın eyniadlı pyesi əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmdə hadisələr yeni il ərəfəsində baş versə də bir çox səhnələr, məsələn, filmin başlanğıcındakı ilk səhnə avqust ayında çəkilmişdir. Film “Azərbaycanfilm“ kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Elmira Şabanova, Kamil Zöhrabov, Maya İsgəndərova, Ayan Mirqasımova, Elman Allahverdiyev ifa edirlər.[1] Məzmun Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Burada ideyalar, ab-hava, hisslər atılan addımların məntiqi davamı ilə bağlıdır. Obrazlar qalereyası: ana, övladları: Gülarə (Maya İsgəndərova), Dilarə (Ayan Mirqasımova), Rüstəm (Kamil Zöhrabov), Tofiq (Elman Allahverdiyev) onların hamısı spesifik qadın problemləri ilə bağlıdırlar. Uşaqlar böyüyür, hərə bir tərəfə çıxıb gedir, analar isə tək qalırlar. Bəlkə buna görə uşaqlarını artıq neçə illərdir ki, atasız böyüdən Həmidə xanım (Elmira Şabanova) yeni il gecəsi öz taleyi haqqında belə səmimi söhbət açır...[2] Filmin üzərində işləyənlər Rejissor: Gülbəniz Əzimzadə Əsərin müəllifi: Anar Rzayev Ssenari müəllifi: Anar Rzayev Operator: Valeri Kərimov Rəssam: Mayis Ağabəyov Bəstəkar: Aqşin Əlizadə Rollarda Elmira Şabanova — Həmidə Kamil Zöhrabov — Rüstəm Maya İsgəndərova — Gülarə Ayan Mirqasımova — Dilarə Elman Allahverdiyev — Tofiq Şahmar Ələkbərov — Qəzənfər Rafiq Əliyev — Süleyman Sofa Bəsirzadə — Səkinə Dadaş Kazımov — Poçtalyon Leyla Rəsulova — Kəmalə Rəşad Əsgərov — Çingiz Murad Babayev — Şamil Zaur Cəbiyev — Vaqif Film Azərbaycan Televiziyasında dublyaj olunmuşdur Filmi səsləndirənlər: Həmidə Ömərova - Həmidə (Elmira Şabanova ) (titrlərdə yoxdur) Eldəniz Rəsulov - Rüstəm (Kamil Zöhrabov ) (titrlərdə yoxdur) Almaz Amanova - Gülarə (Maya İsgəndərova ) (titrlərdə yoxdur) Şəfəq Əliyeva - Dilarə (Ayan Mirqasımova ) (titrlərdə yoxdur) Ruslan Nəsirov - Tofiq (Elman Allahverdiyev ) (titrlərdə yoxdur) Kazım Abdullayev - Qəzənfər (Şahmar Ələkbərov ) (titrlərdə yoxdur) Rəşid Səməndər - Süleyman (Rafiq Əliyev (aktyor) ) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova - Səkinə (Sofya Bəsirzadə ) (titrlərdə yoxdur) Pərviz Bağırov (aktyor) - Poçtalyon (Dadaş Kazımov ) (titrlərdə yoxdur) Səidə Quliyeva - Kəmalə (Leyla Rəsulova ) (titrlərdə yoxdur) Almaz Mustafayeva - Leyla;Vaqif (Zaur Cəbiyev)(titrlərdə yoxdur) Qədir İsmayılov - Çingiz (Rəşad Əsgərov ) (titrlərdə yoxdur) Vüsal Murtuzəliyev - Şamil (Murad Babayev) (titrlərdə yoxdur) Bəxtiyar Şərifzadə - Titrlər
Back to Top