Qəhrəman Ağdam kəndinin sakinləri zəfərimizin qürurunu yaşayırlar - Baku TV

Qəhrəman Ağdam kəndinin sakinləri zəfərimizin qürurunu yaşayırlar - Baku TV Yolumuz Tovuzun Ağdam kəndinədir. O Ağdam kəndinə ki tam bir il əvvəl erməni təxribatı ilə üz-üzə qaldı. Düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu. İndi Ağdam kəndinə qalib xalqın qalib vətəndaşı kimi gedirik. Azərbaycan tarixinə İyul döyüşləri və ya Tovuz döyüşləri kimi düşən 2020-ci ilin 12 iyulunda erməni təxribatı nəticəsində 12 hərbiçimiz və bir mülki vətəndaşımız dünyasını dəyişdi. Həmin şəhidlərdən biri olan Elşad Məmmədovun evində olduq. Şəhidin evinin qarşısında İyul döyüşlərində canından keçən qəhrəmanlarımızın xatirəsinə bulaq inşa edilir. Ağdam kəndində düşmən təxribatının izləri də yavaş-yavaş silinməkdədir. İşğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən dağıdılan yaşayış evləri bərpa olunub, yeni və daha müasir evlər tikilib. 1400-dən artıq əhalisi olan Tovuzun Ağdam kəndi 30 ilə yaxındır düşmənlə təmas xəttində yerləşir. Öz mərdliyi, cəs
Back to Top