Ey mitinq, sən nələrə qadirsən! Bu gün Azərbaycanda minimum əməkhaqqı birdən-birə 50 manat (40%) artaraq 130 manatdan 180 manata qaldırılıb! Nə vaxtsa minimum əmək haqqının bu qədər artırıldığını xatırlayırsınızmı?! Cəmi 20 min insanın bir araya gəlməsi ölkənin havasını dəyişdirib, qəflətən şanlı hökumətimizin humanizm damarı tutub, 25 ildir haqqını yedikləri şəhid ailələri yada düşüb, zəlzələdən əziyyət çəkən insanlar əziz-xələf olublar, mitinqə gedən “xalq düşmənlərinə, ermənipərəstlərə“ iş təklif edirlər