Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi.
“Ad günü“ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir.
Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: “Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur“. Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir.
Rollarda:
Hacı İsmayılov – Mustafa
Nuriyyə Əhmədova – Nuriyyə
Rasim Balayev – Davud
Həsən Məmmədov – Əlimurad
Niyazi Əhmədov – Çingiz
Fərman Abdullayev – Nazim
Nərminə Həsənova – Ayan
Sədayə Mustafayeva – Suğra
Cahangir Novruzov – Sabir
Nəsir Sadıqzadə – Davudun qohumu zənnedilən türk satıcı
4 views
2035
565
19 hours ago 01:18:17 4
Həm ziyarət, həm ticarət (4K, dram, 1995)
7 months ago 00:30:33 15
MURAT BƏY PROP-DAN FOREX TİCARƏTİ ÜÇÜN GERİ DÖNÜŞ TERMİNALI ALIB / MÜSAHİBƏ