Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturlarının yaradılmasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərdə içməli və tullantı su sistemlərinin yaradılması layihələrinin icrası intensiv qaydada davam etdirilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə Cəbrayıl şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrasına başlanılıb.
Back to Top