Himnimiz zirvələrdə #idmanbiz #zelimkotsoyev #cudo #paris2024

100 kq Zelim Kotsoyev yarışa 1/8 finaldan başlayıb. O, Pyotr Kuçeranı (Polşa) ipponla məğlub edərək mərhələ adlayıb. Kotsoyev 1/4 finalda Peter Paltçiklə (İsrail) üz-üzə gəlib. Dünya çempionumuz bu görüşü də aktivinə yazıb və yarımfinala yüksəlib. Cüdoçumuz finala gedən yolda Muzaffarbek Turoboyevlə (Özbəkistan) qarşılaşıb. Zelim bu dueldə də rəqibinə gücünü göstərib. İnanmlı qələbə qazanan idmançımız finala vəsiqə qazanıb. Kotsoyev çempionluq görüşündə gürcüstanlı İlya Sulamanidze ilə güləşib. O, bu dəfə qalib gəlib və Fransada Azərbaycan himnini səsləndirib. #idmanxeberleri #idman #idmançı #cudo #zelimkotsoyev #paris2024yayolimpiyaoyunları #idmanbiz #idmanbiztv
Back to Top