İlk dəfə: Xankəndidən Şuşaya qədər bütün yolun görüntüləri! Qadağan olunan yerlərə də videoda!

#trend #tvmusavat #musavat Xankəndindən Şuşaya qalxırıq! İndi “Dağlarda toy“u biz edirik. Təsəvvür edirsiz, Xankəndi şəhərini, onun küçələrini dolaşaraq, Şuşaya qalxmaq bizim üçün nə deməkdir! Hər iki Qarabağ müharibəsini yaşamış, müəyyən fraqmentlərdə iştirakçı olmuş, onun xəbərlərini, xronikasını yaymış, müharibələrarası 27-28 illik böyük fasilədə məğlubiyyətin təslimiyyətə dönməməsi üçün gerçək bir savaş vermiş Azərbaycan jurnalistləri əslində böyük xoşbəxtliyin içi ilə Xankəndindən Şuşaya doğru şütüyürdü. Arada hətta yolu da itirdik. Amma yanlış getmədik! Xankəndində bütün istiqamətlər doğru yöndür! Haraya getsən, Xankəndidir! Milli Həsrətimizin, indi isə Böyük Zəfərimizin baş kəndi! Xankəndi! Sizi dəvət edirəm, 14-15 dəqiqəlik çəkilişimizi izləyəsiz. Xankəndimizi virtual olaraq, gəzə - görəsiz! Şəhidlərimizə və Ordumuza, Dövlətimizə, Ali Baş Komandanımıza minnətdarıq! Rauf Arifoğlu
Back to Top