Qazaxıstan Respublikasında keçirilən “Birləşdik - 2024“ beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi başa çatıb.
Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Tacikistan respublikalarının hərbi rəhbərliyi Xəzər dənizinin akvatoriyasının Tokmak burnuna gələrək təlimin sonuncu taktiki epizodunu izləyib.
Təlim iştirakçıları Xəzər dənizinin sahilyanı sahəsinin akvatoriyasında qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetiriblər. “Birləşdik - 2024“ təlimində qarşıya qoyulan tapşırıqlar müasir döyüş üsulları nəzərə alınmaqla bütün qoşun növləri üzrə təlimə cəlb edilən şəxsi heyət tərəfindən yüksək peşəkarlıq və dəqiqliklə icra edilib.
Ssenariyə uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu qəzaya uğramış döyüş helikopterin şəxsi heyətinin döyüş sahəsindən təxliyəsini həyata keçirib.
Təlimin taktiki epizodu başa çatdıqdan sonra beynəlxalq təlimə cəlb edilən döyüş texnikası və aviasiya vasitələrinin təntənəli keçidi olub.
Daha sonra “Birləşdik - 2024“ beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib. İştirakçı dövlətlərin hərbi rəhbərləri mərasimdə çıxış edərək ümumilikdə təlimin gedişatını, müasir döyüş texnikası və vasitələrindən təlim iştirakçılarının effektiv istifadə etmə bacarığını və hərbi qulluqçuların peşəkarlığını müsbət qiymətləndiriblər.
15 ölkənin hərbi ataşelik aparatının nümayəndələrinin də iştirak etdiyi təntənəli mərasimdə bir qrup hərbi qulluqçu medal və qiymətli hədiyyələrlə təltif edildikdən sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə ölkəmizi təmsil edən şəxsi heyətlə görüşüb, beynəlxalq təlimdə yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onları təbrik edib və gələcək xidmətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, “Birləşdik - 2024“ beynəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri təmsil edib.
1 view
4
0
9 months ago 00:01:34 1
“Birləşdik - 2024“ təliminin taktiki epizodu nümayiş etdirilib
9 months ago 00:01:10 1
“Birləşdik - 2024“ təliminin açılış mərasimi keçirilib
9 months ago 00:01:09 1
“Birləşdik - 2024“ beynəlxalq təlimi başa çatıb
9 months ago 00:01:17 1
“Birləşdik -2024“ təlimində hərbi qulluqçularımız peşəkarlıq nümayiş etdirir
10 months ago 00:01:19 1
“Birləşdik - 2024“ təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır
2 years ago 00:01:09 1
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb - BAKU TV
9 months ago 00:01:04 1
“Birləşdik - 2024“ təlimi davam edir | Azərbaycan hərbçiləri PUA vasitəsilə uçuşlar icra edib
2 years ago 00:01:11 3
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - BAKU TV
5 years ago 00:03:43 10
Vaşinqton görüşü! Amerika Birləşmiş Ştatları ermənilərin xeyrinə oynaya bilərmi? - Baku TV
4 years ago 00:23:18 11
Amerika Birləşmiş Statlarının siyasi həyatında nə baş verir? - Politoloq Oqtay Sadıxzadənin şərhi
7 years ago 02:00:01 4
ABA CEELI --Vəkilliyə namizədlər üçün hazırlıq kursları - Məşğələ 3 (2)
4 years ago 00:01:27 29
Təlimlər çərçivəsində Müdafiə naziri HHQ-nin Birləşmiş komanda məntəqəsində olub
7 years ago 02:14:59 2
ABA CEELİ --Vəkilliyə namizədlər üçün hazırlıq kursları - Məşğələ 9(2)
2 years ago 00:05:58 1
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliyində vacib bəyanatlarla çıxış edib
9 months ago 00:00:30 1
“Birləşdik - 2024“dən anbaan görüntülər | Hərbçilərin yüksək peşəkarlığı
9 months ago 00:00:40 1
Hərbi pilotlarımız “Birləşdik – 2024” təlimində yüksək peşəkarlıq nümayiş etdirirlər
6 months ago 00:03:38 1
İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul etdi
2 years ago 00:14:27 4
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri nələrlə yadda qaldı? - GENİŞ REPORTAJ
10 years ago 00:19:33 129
Abu Dabi kanalında Azərbaycan haqqında veriliş
9 years ago 00:15:33 3
Hikmət Cavadov və Leonid Kraves Xəzər TV-də
7 years ago 00:08:54 1
Almaniyada “Siyasi məhbuslara Azadlıq“ aksiyası
9 years ago 00:03:08 5
Kabus - Getməsəydin
10 years ago 00:03:46 72
AGF I vitse-prezidenti: Amerikada Azərbaycan bayrağını yüksəltmək önəmlidir