HDQ-nin “N“ saylı hərbi hissəsinin yaranması günü qeyd edilib

HDQ-nin “N“ saylı hərbi hissəsinin yaranması günü qeyd edilib 28 May – Müstəqillik Günü ərəfəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N“ saylı hərbi hissəsinin yaranmasının 32-ci ildönümü münasibətilə “Açıq qapı” günü keçirilib. İctimaiyyət nümayəndələri, şəhid ailələri və hərbi qulluqçuların yaxınlarının iştirak etdiyi tədbirdə Müdafiə Nazirliyinin rəhbər heyətinin təbrikləri şəxsi heyətə çatdırılıb. İştirakçılara hərbi hissənin yaranması və döyüş yolu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında daim rəşadətlə vuruşub. Vətənimizin müdafiəsi zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiyinə görə hərbi hissənin bir çox hərbi qulluqçusu müxtəlif orden və medallar ilə təltif olunublar. Sonra qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər. Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ HDQ-nin “N“ saylı hərbi hissəsinin yaranması günü qeyd edilib 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #hərbidənizqüvvələri #ildönümü #açıqqapı #hərbihissə #hdq #müstəqillikgünü
Back to Top