Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlim başa çatıb. Təlimin planına əsasən, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması, şərti düşmən hədəflərinin aşkar olunaraq dəqiq atəşlə məhv edilməsi, eləcə də qarşıya qoyulan digər tapşırıqları müvəffəqiyyətlə icra ediblər. Əsas diqqətin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də döyüş əməliyyatları zamanı digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilinə yönəldildiyi təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib. ____ Завершились тактические учения с боевой стрельбой с участием артиллерийских подразделений Завершились тактические учения с боевой стрельбой, проходившие в соответствии с планом подготовки Сухопутных войск на 2024 год с участием артиллерийских подразделений. Согласно плану учений, подразделения, выведенные из пунктов постоянной дислокации в районы сосредоточения, успешно выполнили задачи по занятию огневых позиций, подготовке установок к боевому применению, обнаружению и уничтожению целей условного противника точным огнем, а также ряд других поставленных задач. На учениях, в ходе которых основное внимание было уделено повышению знаний и навыков военнослужащих, совершенствованию навыков управления артиллерийскими подразделениями командного состава, а также организации взаимодействия с другими видами войск в ходе боевых действий, был продемонстрирован высокий профессионализм.
В начало