Putinin Bakıda qarşılanma anı | Rusiya Prezidenti Azərbaycanda dövlət səfərində - CANLI

Putinin Bakıda qarşılanma anı | Rusiya Prezidenti Azərbaycanda dövlət səfərində - CANLI Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri başlayıb. Putinin təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Rusiya Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Qeyd edək ki, ikigünlük səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq. Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq. Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Putinin Bakıda qarşılanma anı | Rusiya Prezidenti Azərbaycanda dövlət səfərində - CANLI Mənbə: Ruptly 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #putin #bakı #səfər #rəsmisəfər #putinbakıda #putinazərbaycanda #rəsmiqarşılanma #dövlətsəfəri #bakutvcanlıyayın #bakutvlive
Back to Top