Qərb və Hindistanın ağır silahları Ermənistanda | “Caliber“ məlumat yaydı
Qərb və Hindistanın ağır silahları Ermənistanda | “Caliber“ məlumat yaydı
Qərbin və Hindistanın ağır silahları artıq Ermənistandadır. Bu barədə “Caliber” məlumat yayıb.
Bildirilir ki, Fransanın artilleriya və raketləri İran vasitəsilə Ermənistana çatdırılıb.
“”a təsdiqlənmiş diplomatik və hərbi mənbələrdən daxil olan məlumata əsasən, son bir neçə həftə ərzində Fransanın 12 ədəd 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava raketləri Ermənistana çatdırılıb. Ermənistan Ordusunun sərəncamına onlarla R511 və R530 hava raketləri, ERYX tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri verilib.
Bundan başqa, Ermənistan Silahlı Qüvvələri Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə təmin edilib.
Məlumatda o da bildirilir ki, bu təchizatda Almaniya və ABŞ silahlarının olmasına diqqət etmək lazımdır. Bu silahların Ermənistana çatdırılması onu göstərir ki, Almaniya və ABŞ fransızlara müvafiq icazələr verib. Belə ki, təsdiq proseduru olmadan Almaniyanın “Panzerfaust“ və “Bunkerfaust“ raketləri, eləcə də Amerikanın TOW raketləri Ermənistan Ordusunun sərəncamında ola bilməzdi.
Bizi WhatsApp-da izləyin
ARZUNUN VAXTI ➧
QAPQARA ➧
AYDIN TARİX ➧
ORALARDA NECƏDİR? ➧
O VAXTLAR ➧
SONUNCU ŞAHİD ➧
BAKU ANALİTİK ➧
BAKU MED ➧
RƏSMİLƏR ➧
BAKU AKTUAL ➧
RETRO BAKU ➧
ARAŞDIRMA ➧
44 GÜN ƏSGƏR RƏŞADLA ➧
QARABAĞ XRONİKASI ➧
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧
Qərb və Hindistanın ağır silahları Ermənistanda | “Caliber“ məlumat yaydı
2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™
#bakutv #fransa #hindistan #ermənistan #silahlandırma #raketkompleksi #qərb #abş #almaniya #ermənistanordusu