Bu müddətə qədər İlham Əliyevin tələblərini... | Qalstanyandan sensasiyalı açıqlama
Bu müddətə qədər İlham Əliyevin tələblərini... | Qalstanyandan sensasiyalı açıqlama
“Nikol Paşinyan İlham Əliyevin dəvətini qəbul edərək, COP29-da iştirak üçün Bakıya gələrsə, Azərbaycanın Minsk qrupunun ləğv edilməsi üçün birgə bəyanatın verilməsi ilə bağlı istəyini yerinə yetirəcək. Bakıya gəlməmişdən öncə bu haqda açıqlama verəcək”.
Bunu erməni politoloq Xaçik Qalstyan deyib.
Qalstyan bildirib ki, Bakının sülh sazişini imzalamaq üçün İrəvandan iki məsələnin tələb edildiyi artıq məlumdur:
“Bunlardan biri Ermənistan konstitusiyasının dəyişdirilməsi, digəri isə Minsk qrupunun buraxılması ilə bağlıdır. Ermənistan yaxın vaxtlarda Bakının Minsk qrupu ilə bağlı tələbini icra edəcək və bu formatın de-yure ləğvi haqda ərizə verəcək. Xarici İşlər Nazirliyinin son açıqlaması da bunu deməyə əsas verir. şinyan noyabrda keçiriləcək COP29 tədbirində iştirak üçün Bakıya yola düşə bilər, ona qədər isə İ.Əliyevin tələblərini icra edəcək”.
Erməni politoloq iddia edir ki, şinyan İ.Əliyevin tələblərinə müqavimət göstərə bilmir.
“Onlar Zəngəzur dəhlizindən danışırlar, həm də bu məsələni sülh sazişi mətnindən çıxarırlar. Bu istədiklərini etmək üçün lazımdır. Ermənistan tərəfi də prosesin içindədir. İndiyə qədər azərbaycanlıların Sünikə qayıdışı ilə bağlı heç bir rəsmi qadağa səslənməyib, bu, o deməkdir ki, gizli razılaşmalar var”, – iddia edib.
Bizi WhatsApp-da izləyin
ARZUNUN VAXTI ➧
QAPQARA ➧
AYDIN TARİX ➧
ORALARDA NECƏDİR? ➧
O VAXTLAR ➧
SONUNCU ŞAHİD ➧
BAKU ANALİTİK ➧
BAKU MED ➧
RƏSMİLƏR ➧
BAKU AKTUAL ➧
RETRO BAKU ➧
ARAŞDIRMA ➧
44 GÜN ƏSGƏR RƏŞADLA ➧
QARABAĞ XRONİKASI ➧
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧
Bu müddətə qədər İlham Əliyevin tələblərini... | Qalstanyandan sensasiyalı açıqlama
2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™
#bakutv #ilhaməliyev #paşinyan #qalstanyan #ermənistan #minsk #xin #bakı #cop29 #zəngəzurdəhlizi #syunik #baqratqalstanyan #bakutvreels