Lahıc 3000 illik tarixi qəsəbə | İsmayıllı #lahic #ismayilli #trawel #guide #nature #old #art #vlog
#youtube #lahic #vlog #travel Lahıc Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olub xalq sənətkarları , özünəməxsus adət-ənənələri və gözəl təbii landşaftı ilə məşhurdur.O, Azərbaycanın paytaxtı Bakıdan şimal-qərbdə 180 km , Müsüslü dəmir yol stansiyasından 71 km aralıda yerləş əsasən dağlıq olmaqla dəniz səviyyəsindən 1200-1500 m hündürlükdədir.
Lahıc Qafqaz dağlarının cənub-şərq yamaclarında Niyal silsiləsinin ətəyində və Girdimançayın yuxarı axarında yerləş ərazisindən həmçinin Lilo, İl ,Cəfələ və Kişlər kimi kiçik çaylar da axı Bakı-İsmayıllı avtomobil yolunin İsmayıllıya 11 km qalmış dönüb daha 21 km yol qət etməklə gəlmək hər tərəfdən dağlar əhatə etmişdir. Onun əlaqəsi 2 avtomobil yolu istisna olmaqla yalnız dağ çığırları ilədir.
Birinci yol(32km) İsmayıllıdan , digər yol(40km)Şamaxı tərəfdəndir.İkinci yol Pirqulu və Dəmirçi kəndlərindən keçməklə daimi işlək olmadığı üçün baxımsız vəziyyətdədir. Qəsəbə Girdimançay boyunca 2 km məsafədə uzanıb. Girdimançayın əsas su qaynağı Babadağın 3100 m hündürlükdəki cənub yamacındakı mənbələrdir. Lahıcın ətrafında Niyal ,Qaban , Xart , Quzudöşü ,Ağbulağ, Gümüşqala kimi dağlar əzəmətlə durmaqdadır.
Lahıc toponimini şərqşünas bu ərazidə mövcud olmuş Layzan şahlığının adı ilə əlaqələndirir. Xalq arasında yayılan fərziyyələrə görə Lahıc sözünün etimologiyası “Həcc yolu” , ”Daşlıq yer ” , “Böyük su kənarı” , “Köçməyənlər ” , “Tayfa,ləhcə ” və s. kimi mənaları ilə izah olunur.
Lahıcın 2000 ildən artıq tarixi var. Lahıc ətrafında tapılmış daş bıçaq və ox ucluqları , gil qablar burada yaşayışın hələ qədim zamanlarda olmasından xəbər torpaqların qədimliyinin sübutlarından biri də bu gün də Lahıc qəbiristanlığında olan I Keyxosrov və Bahadurşahın qəbirləridir. Ərəblərin Azərbaycana hücumu zamanı alban hökmdarı Cavanşirin yay iqamətgahı Niyal dağının Lahıca baxan yamacında idi. Lahıc Albaniyanın qala-şəhəri kimi mühüm müdafiə əhəmiyyəti daşıyırdı. Eramızın III əsrində hakimiyyətə gəlmiş Sasanilərin zamanıında Lahıcın əhəmiyyəti bir az da artdı. Mənbələrdəki məlumatlara görə sasani hökmdarları I Qubad (488 – 531) və I Xosrov Ənuşirəvan (531 – 579) ölkənin şimal sərhədlərini möhkəmlətmək üçün orada hərbi qurğular tikirdilər. VI əsrin sonu VII əsrin əvvəlində Azərbaycan ərazisinin şimalında Mehranilər sülüləsinin yerləşməsi və Girdiman əyalətinin əhəmiyyətinin artması Azərbaycanın siyasi həyatında mühüm hadisələr oldu. Lahıc bir şəhər kimi inkişaf etməyə başladı və öz əlverişli müdafiə imkanlarına görə Mehranilər sülüləsinin əsas sığınacağına çevrildi. Lahıc istər Şirvanşahlar, istər Osmanlı , istər Şirvan xanlığı , istər çarizm , istərsə də Sovet hakimiyyəti illərində Dağlıq Şirvan üçün heç vaxt əhəmiyyətini itirməmişdir. Bir çox karvan yollarını keçdiyi və zaman keçdikcə sənətkarlığın, ticarətin inkişaf etdiyi bir orta əsr feodal şəhəri kimi tanınmış və həmişə öz mövqeyini qoruyub saxlamışdır.
Lahıc özünəməxsus memarlıq üslubu və binaların keyfiyyəti ilə adi dağ kəndlərindən çox fərqlənir. Bu məharətlə və mozaik şəkildə ağ çay daşları ilə döşənmiş küçə -meydanları olan və inkişaf etmiş kanalizasiya, su təchizatı sisteminə malik kiçik bir orta əsr şəhəridir. Burada iki və üç mərtəbəli evlər və ictimai hamamlar görmək mümkündür . Memarlıq ənənələrinin unikallığı, yüksək səviyyədə inkişaf etmiş xalq sənətkarlığı və özünəməxsus adət-ənənələri Lahıcı açıq səma altında muzey adlandırmağa imkan verir . Lahıc Tariz-Mədəniyyət Qoruğu tərəfindən ərazidə 90-dan artıq tarixi abidə qorunmaqdadı 5 məscid , 3 hamam , 60-dan artıq yaşayış evi , 1 körpü ,onlarla qəbirüstü daş , 1 su dəyirmanı , bir neçə sənətkarlıq emalatxanası və ictimai bulaqlar aiddir . Tikintilərin əksəriyyəti XII- XIX əsrlərdə yerli tikinti materiallarında inşa edilmişdir. Ağsaqqalların dediyinə görə , Lahıc yeddi məhəllələyə bölünürdü : Ağalı, Bədöyun, Pishta, Zəvəro, Ərəgit, Dərelilo və Bagmija. Lahıcda hər məhəllənin öz məscidi, bulağı, hamamı, və s. vardı.
6 views
45
16
2 years ago 00:13:54 6
Lahıc 3000 illik tarixi qəsəbə | İsmayıllı #lahic #ismayilli #trawel #guide #nature #old #art #vlog