Naxçıvanın memarlıq və tikinti sektorunda görülən işlərdə kifayət qədər keyfiyyətsizliyə və məsuliyyətsilziyə yol verilib. Onlardan biri də yol kənarlarında suaxıdıcı və suburaxıcıların olmamasıdır. Leysan və dolu vaxtı bütün yağış suları mikrorayonları və Xıncab məhəlləsini basır.
Ntv keyfiyyətsiz işləri, 1 ilə dağılan məktəb və digər sosial obyektlərin “şapalaqla üz qızardılan” tikilişini tənqid edəndə cavab bu idi: “Naxçıvana nə yağış yağır ki guya, ya da sizə aid məsələ deyil, öz işinizlə məşğul olun”.
Bu günki leysan və dolundan sonra, tək Naxçıvana yox, həm də sizin gördüyünüz işlərə yağış yağdı. Pis çıxmasın, qəşəy islandınız... Göydən 3 alma düşdü...
NUHÇIXAN yarıtmaz işlərin nəticəsi olaraq izləyicilərinin göndərdiyi videoları təqdim edir: