Uşaqkən danlıyıb öyüd verərdi
Hansısa bir dərdim, xətam olsaydı
Nəbilim bəlkə də səhv eləməzdim
Bu dəqiqə həyatda Atam olsaydı
Bir gün Atam kimi mən də gedəcəm
Bu dünya əzəldən ölüm, itimdi
Bir insan nə qədər qocalsa belə
Atası yoxdursa demək yetimdi
Kaş ki, Atam yenə sağlam olardı
O insan arzumda, diləyimdəydi
Dünyanın ən güclü insanı idim
Atamın əlləri kürəyimdəydi
Nə qədər dost ola, tanışlar ola
Ata ilə heç zaman sıxılmazdım mən
Büdrəsəm dadıma çatan da olmaz
Atam sağ olsaydı yıxılmazdım mən
müəllif: Samir Cəbrayıllı
Diqqət