Namiq Mena - Var Gozelim { Remix Black Region 2023 )

Black Region rəsmi YouTube kanalımıza xoş gəımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Kanala Abunə Olmaq üçün linkə Daxil olun Remix Black Region Solo Ifa : Namiq Mena Soz Namiq Men Music : Var Gozelim Instagram İş Təklifləri (Business) office@ Müəllif hüquqları “Baku Cms Media“ tərəfindən qorunur. office@ / #blackregion#vargozelim#mahnilar Var gözəlim Qara bəxtim kimi tökülüb üzünə qara telin Uçar eşqin evi özgə əlinə dəysə əlin Uyma dünya malına qoy sənə gəlməsin şirin Axırı torpaq olan nə dövlət nə var gözəl Bilirəm çoxlarının səndə gözü var gözəlim Heç kimə salma nəzər etmə məni xar gözəlim Öyün təmiz adınla qürurlanma varın ilə Bir zaman qarğa, quzğun oynuyar məzarın ilə Tanın bu ölkəmizə qeyrət həya arın ilə Səninlə fəxr eləsin el bütün diyar gözəlim Bilirəm çoxlarının səndə gözü var gözəlim Heç kimə salma nəzər etmə məni xar gözəlim Biran olsun belə sənsiz xəyalı dolanmadım Vüsala yetməy üçün hicranından usanmadım Dedilər gözəllərdə vəfa olmur inanmadım Hayıf etdim sənə hisslərimi etibar gözəlim. Bilirəm çoxlarının səndə gözü var gözəlim Heç kimə salma nəzər etmə məni xar gözəlim Qur ailə ol ana layiqincə öz övladına Ayırıb tamahını getmə nəfisinin badına Sadiq ol mənliyinə daima təmiz adına Özün öz qururunla eylə iftixar gözəlim Bilirəm çoxlarının səndə gözü var gözəlim Heç kimə salma nəzər etmə məni xar gözəlim Yanıb öz ahım ilə odlara düşdüm necə gör Ürəyi təklik əzabı ilə şişdim necə gör O qara gözlərinin sehrinə düşdüm necə gör Səni gördüm, səni sevdim bir ixtiyar gözəlim Bilirəm çoxlarının səndə gözü var gözəlim Heç kimə salma nəzər etmə məni xar gözəlim Verilən günlər, aylar, illər ömür sərvətidi Sevilib sevilməmək əzabların dəhşətidi Gözəl hüsnün təki dünya evi müvəqqətidi Bitər otlar yağar məzarın üstə qar gözəlim Bilirəm çoxlarının səndə gözü var gözəlim Heç kimə salma nəzər etmə məni xar gözəlim Gəldi ömrün payızı solmuşam xəzəllər tək Qonaram dodaqlara şeirlər qəzəllər tək Vəfa etmir ömürdə vəfasız gözəllər tək Namiqin bu sözlərin saxla yadigar gözəlim Bilirəm çoxlarının səndə gözü var gözəlim Heç kimə salma nəzər etmə məni xar gözəlim
Back to Top