Rüstəm İbrahimbəyovun ssenarisi əsasında , kinorejissor Vaqif Behbudov tərəfindən çəkilmiş animasiya filmi fəlsəfi pritçadır. Qədim “Habi və Qabil“ rəvayətinin motivlərindən istifadə olunan film yaradıcı və dağıdıcı insanın əbədi mübarizəsinə həsr olunub. Film Mərkəzi Televiziyanın (SSRİ) sifarişi ilə Azərbaycan Televiziyası tərəfindən istehsal olunub.