Əlibaba Məmmədov - Bayatı-Şiraz təsnifi - yaşa məhəbbətim yaşa ürayim

Tar: İdris Məmmədov Kəmança: Hilal Məmmədov ğəzəl: Mikayıl Müşfiq Sən onun eşqilə, məhəbbətilə Vurmadın ömrünü başa, ürəyim Sevgi hədəfini nişan alanda Dəydimi oxların daşa, ürəyim?  Sən canı canandan ayrı tutmadın, Odur ki, vəfasız deyildir adın. O, səni unutdu, sən unutmadın, Yaşa, məhəbbətim, yaşa, ürəyim Sevgi dəryasında ruhum bir ada, Fırtınam ziyada, dalğam ziyada, O ellər gözəli düşəndə yada, Az qalır xəyalım çaşa, ürəyim Sən canı canandan ayrı tutmadın, Odur ki, vəfasız deyildir adın. O, səni unutdu, sən unutmadın, Yaşa, məhəbbətim, yaşa, ürəyim
Back to Top