190. Fitrə zəkatını pulla vermək olarmı? - Şeyx İbn Baz

Sual: Fitrə zəkatını buğda, arpa və ya digər yeyinti məhsullarının əvəzinə nağd pulla çıxarmaq icazəlidirmi? Şeyx İbn Baz: Xeyr, belə etmək olmaz. Cumhur alimlərin rəyinə görə fitrə zəkatı yeyinti məhsullarından çıxarılır, nağd pulla yox, çünki Peyğəmbər ﷺ, onun səhabələri və cumhur alimlər fitrə zəkatını yeyinti məhsullarından çıxarıblar. Nağd pulla çıxarmaq olmaz, əksinə, fitrə zəkatı vacibdir ki, yeyinti məhsullarından çıxarılsın. Vacib olan da budur. Mənbə: 2018 ©
Back to Top