Məhəmməd Mirzəli bıçaqlandı - HAMI PAYLAŞSIN!

Bu gün Fransada yaşayan video-bloqqer, “Made in Azerbaijan” kanalının sahibi Məhəmməd Mirzəliyə hücum olub – bloqqer bir neçə dəfə bıçaqlanıb. Bu barədə Osmanqızı TV-yə xəstəxanadan danışan bloqqer özü məlumat verib. Məhəmməd Mirzəli bunları deyib: “Maşından düşdülər…əlimi kəsdilər, ayağımı kəsdilər, bynumun arxasından vurdular. Mənə demişdilər ki, dayanmasan, bunu edəcəyik. Ölsəm, hamı bilsin ki, günahkar İlham Əliyev, Mehriban Əliyevadır - mənim başqa düşmənim yoxdur”. Bıçaqlanmadan xeyli qan itirən bloqqer bundan sonra da susmayacağını deyib.
Back to Top