Parklanma ilə bağlı tariflər müəyyənləşdi
Parklanma ilə bağlı tariflər müəyyənləşdi
Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərar avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil olunur.
Sənədə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb edilməyəcək. 15 dəqiqəlik parklanmadan sonra isə tam məbləğdə ödəniş nəzərdə tutulur. Gecə saat 10:00-dan səhər saat 07:00-dək, eləcə də həftənin bazar günləri parklanma ödənişsiz olacaq. Qərar ancaq Bakı, Sumqayıt və Gəncə şəhərlərinə aid ediləcək.
Tariflər isə cədvəldə qeyd olunan qaydada müəyyənləşdirilib:
Bakı şəhərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla mərkəzi zonada 1 saat parklanma üçün ödənişin məbləği 1 manat, I zona üzrə 70 qəpik, II zona üzrə 40 qəpik və III zona üzrə 30 qəpik müəyyənləşdirilib. Bakı şəhəri üzrə IV zonada nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş tələb olunmayacaq.
Sumqayıt şəhəri mərkəzi zonada bir saat parklanma üçün ödənişin məbləği 40 qəpik, I zona üzrə 20 qəpik müəyyənləşdirilib. II zona üzrə isə ödəniş tələb olunmayacaq.
Gəncə şəhəri mərkəzi zonada ödəniş 40 qəpik, I zona üzrə 20 qəpik müəyyən olunub. II zona üzrə isə ödəniş tələb olunmayacaq.
Qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minir.
Abunə ol ☛
❂❂❂❂❂
Parklanma ilə bağlı tariflər müəyyənləşdi
❂❂❂❂❂
Parklanma ilə bağlı tariflər müəyyənləşdi
❂❂❂❂❂
℗ 2022 - 2023 © All Rights Reserved | “Baku TV“ LLC ™
#parklanma #tariflər #qərar ##sonxəbər #sonxəbərlər #xəbər #xəbərlər #xəbərlərbugün #xeberler #xəbər #gündəm #azerbaycan #azerbaijan #sondəqiqə #sondeqiqe #sonxeberler #sonxəbərlər #gundemxeberler #xəbərləryeni #xəbərlərdəbugün #gününxəbərləri #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #xeberlersondeqiqe2023 #ensonxeberler2023bugün