Elnur Valeh - Qansiz 2023 (Yeni Klip)

#ElnurValeh Elnur Valeh - Qansız (Official Clip) Söz, Musiqi: Elnur Valeh Aranjiman: Zeynəddin Səda Türk Sazı: Ramin Qulamov Skripka: Samir Axundov Operator: Kamran Məmmədli Montaj: Amid Akifoğlu PR Menecer: Nadir Kərimov “Qansız“ - Sözləri (Lyric) Sən qara qəlbin əsiri mən qara sevdanın Bir gülüşü canlar alan gözləri mənalı Bu ayrılıq şeirimizin nöqtəsini qoyuram Məni sənnən səni mənnən məcburamki ayıram Sən gedəndə mən sənə yalvardımki getmə O gün həyat gözümdə sönmüşdü Yenə həsrət küləyi girib bom boş otağıma Qonub ətirin evin bütün küncü bucağına Hər gecə bom boş küçələrdə Dəli kimi sərxoş küçələrdə Xəyalımla ruhum danışır Səninlə sənsiz gecələrdə Hər gecə bom boş küçələrdə Dəli kimi sərxoş küçələrdə Xəyalımla ruhum danışır Səninlə sənsiz gecələrdə Sən mənim ömrümdə iz qoydun getdin Gedərkən arxanca göz qoydun getdin İllərdir bu acı sağalmır ay qansız Yarəmin üstünə köz qoydun getdin Sən mənim ömrümnən illər aparmısan İtirmisən məndə məni fərqinə varmısan İllərdir bu acı sağalmır ay qansız Ürək budur sevirsən onla bacarmırsan Hara baxıram səni görürəm sərxoşluğdandı Sənsizlikdən təklikdən boşluğdandı İntihar hissiynən səni anıram sənsiz Alovlar atəşlər içində yanıram sənsiz Ged gedə bildiyin qədər yollar sənin olsun Neyliyirən ürək sindıranin məhəbbətini Öyrəşmək bağlanmaq fikir eləmək bitdi Ümüdlərdə sənə qoşulub yolu sənnən getdi Sən nəyə tövbə elədin qəlbimə dağ basdın Bu sevgini ayrılıqın qar ağacınnan asdın Hər nə gedib birdənə şəklin qalıb öz xoşuna onuda ölən eşqimizin vuracam baş daşına Hər gecə bom boş küçələrdə Dəli kimi sərxoş küçələrdə Xəyalımla ruhum danışır Səninlə sənsiz gecələrdə Hər gecə bom boş küçələrdə Dəli kimi sərxoş küçələrdə Xəyalımla ruhum danışır Səninlə sənsiz gecələrdə Sən mənim ömrümdə iz qoydun getdin Gedərkən arxanca göz qoydun getdin İllərdir bu acı sağalmır ay qansız Yarəmin üstünə köz qoydun getdin Sən mənim ömrümnən illər aparmısan İtirmisən məndə məni fərqinə varmısan İllərdir bu acı sağalmır ay qansız Ürək budur sevirsən onla bacarmırsan Brend Music kanalında yayımlanan bütün audio və video məzmunlar “NK Media“ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır! #ElnurValeh #Qansiz #ElnurValehQansiz
Back to Top