Elnur Valeh - Denizler Perisi (Klip)

Elnur Valeh - Denizler Perisi (Klip) Söz-mus: Elnur Valeh Aranj: Nazim Məmmədli Mahnı sözləri: Zəngin ailənin ərköyün qızına, tələbə illərində rast gəldim, Elə ki, gözlərində boğdu məni, nədi sevmək o zaman öyrəndim. Nə zaman eyni dərsdə olsaq əgər, ona baxmaqla keçirdi hər anım, Sanıb şirin yuxu gördüklərimi istəmirdim bu xəyaldan oyanım. Bir təsadüf nəticəsində tanışlıq elədik, Əvvəlcə mesajlaşıb sonra görüşdük xəlvət. İkimiz də hər şeyi bir yana qoyduq hələlik, Başladıq sevgi oyunu oynamağa bir müddət. Bir nağıl oldu bizim sevgi adlı məcaramız, Mən qərib bir aşiq o isə dənizlər pərisi, Təzəcə dalğalara sərmiş idim tellərini, Onu məndən qoparıb aldı ayrılıq gəmisi. -- Məni qısqandırmaq üçün dərsdə qrup oğlanları ilə danışardı, Görürdü susmağını istəyirəm “sənə de nə lazımdı“ soruşardı. Tənəffüs oldu ki, sözsüz-şübhəsiz olardı dava-dalaş, söz-söhbət, Ged-gedə güclənirdi hisslərimiz, ged-gedə ciddiləşirdi vəziyyət. Elə sevdim ki, onu mən elə bağlandım ona, Ruhumu-cismimi təslim elədim varlığına. O da sevmişdi məni gözlərindən oxuyurdum, Qovuşmaq istəyəndə saldı inadkarlığına. Onun da özünə görə əsaslı idi səbəbləri, Nə qədər yalvardım dinləmədi, tərk etdi. Sevərək qovuşarlar biz isə sevib ayrıldıq, Hər nağıltək bu nağıl da bitəcəkdi bitdi. Bir nağıl oldu bizim sevgi adlı məcaramız, Mən qərib bir aşiq o isə dənizlər pərisi, Təzəcə dalğalara sərmiş idim tellərini, Onu məndən qoparıb aldı ayrılıq gəmisi. Elnur Valeh - in ifa etdiyi bütün audio və video məzmunlar “NK Media“ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır! #ElnurValeh #DenizlerPerisi #ElnurValehKlip
В начало