Paşinyan sülh müqaviləsinə tələsir - BAKU TV

Paşinyan sülh müqaviləsinə tələsir - BAKU TV Regionda, dünyada vəziyyət gərgindir və biz bu gərginliyin azaldılmasında özümüzü məsuliyyətli hesab edirik, fundamental həll yolları axtarırıq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 24-də keçirilən hökumət iclasında deyib. “Hesab edirik ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları bir gün əvvəl başlamalıdır. Eyni zamanda, sərhədlərin demarkasiyası və delimitasiyası, habelə sərhədlərin təhlükəsizliyinin və sabitliyinin yaxşılaşdırılması istiqamətində addımların sürətləndirilməsinin zəruriliyi qeyd edilməlidir”, - deyə o, bildirib. Paşinyan ölkəsindəki sosial vəziyyətdən də danışıb. “Ermənistanda sosial vəziyyət getdikcə çətinləşir. Amma biz bilməliyik ki, bütün dünya eyni vəziyyətdədir. Misli görünməmiş yüksək inflyasiya hökm sürür” deyən Paşinyan Ermənistanın bu məsələdə bir çox ölkələrlə müqayisədə hələ yaxşı vəziyyətdə olduğunu bildirib. “Bizə yeni düşüncə tərzi lazımdır və bu fırtınalı geosiyasi okeanda təhlükəsiz limana çatmalıyıq”,
Back to Top