Ordumuzun darmadağın etdiyi erməni postundan görüntülər - Baku TV

Ordumuzun darmadağın etdiyi erməni postundan görüntülər - Baku TV Kəlbəcər istiqamətində Ermənistan və Azərbaycan hərbçiləri arasında gərginlik davam edir. Erməni mətbuatında ötən gecə gedən döyüşlər zamanı ordumuzun bölmələrinin cavab atəşi nəticəsində dağıdılan erməni postunun fotolarını yayılıb. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri cavab olaraq erməni mövqelərini məhv ediblər. Ermənilərin postu köhnə vaqondan və ətrafına yığılmış içərisi torpaq dolu kisələrdən ibarət olub. Yayılan kadrlarda postda qan izləri, ətrafa dağılmış ləvazimatlar görünür. Xatırladaq ki, Ermənistan ordusunun bölmələri iyulun 28-də gecə saatlarında ordumuzun dövlət sərhədinin Kəlbəcər istiqamətindəki mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Səhər saat 10 radələrində Rusiya sülhməramlıları komandanlığının vasitəçiliyi ilə atəşkəs barədə razılaşma əldə olunub. Erməni tərəfinin tankları və 120 millimetrlik minaatanları da işə saldığı döyüşlərdə 3 erməni hərbçisi həyatını itirib, 4-ü yaralanıb. Ordumuzun isə 2 hər
Back to Top